Muxtəsər təfsir
وَلَقَدْ أَتَوْا۟ عَلَى ٱلْقَرْيَةِ ٱلَّتِىٓ أُمْطِرَتْ مَطَرَ ٱلسَّوْءِ ۚ أَفَلَمْ يَكُونُوا۟ يَرَوْنَهَا ۚ بَلْ كَانُوا۟ لَا يَرْجُونَ نُشُورًا ﴿٤٠﴾
(Ey Peyğəmbər!) Sənin qövmündən haqqı yalan sayanlar -Şama getdikləri zaman- çirkin əməl sahibləri olduqları səbəbindən, insanların ibrət almaları üçün cəza olaraq göydən başlarına daş yağdırdığımız Lut qövmünün yaşadığı şəhərin yanından keçmişdilər. Məgər onların gözləri kordur ki, həmin şəhəri görmürlər?! Xeyr, görürdülər, lakin onlar öldükdən sonra yenidən dirilməyi və etdikləri əməllərə görə hesaba çəkilməyi düşünmürdülər.