Muxtəsər təfsir
إِن كَادَ لَيُضِلُّنَا عَنْ ءَالِهَتِنَا لَوْلَآ أَن صَبَرْنَا عَلَيْهَا ۚ وَسَوْفَ يَعْلَمُونَ حِينَ يَرَوْنَ ٱلْعَذَابَ مَنْ أَضَلُّ سَبِيلًا ﴿٤٢﴾
Əgər biz ilahlarımıza ibadət etməkdə səbirli olmasaydıq, az qala ki, o, öz dəlilləri ilə bizi ilahlarımızdan uzaqlaşdıracaqdı". Onlar qəbirlərində və həmçinin Qiyamət günündə əzabı gördükləri zaman kimin haqq yoldan daha çox azmış olduğunu, onun, yoxsa özlərinin azdıqlarını anlayacaqlar.