×
الفرقانAyə 44

Muxtəsər təfsir

أَمْ تَحْسَبُ أَنَّ أَكْثَرَهُمْ يَسْمَعُونَ أَوْ يَعْقِلُونَ ۚ إِنْ هُمْ إِلَّا كَٱلْأَنْعَـٰمِ ۖ بَلْ هُمْ أَضَلُّ سَبِيلًا ﴿٤٤﴾

Ey Peyğəmbər! Məgər sən, uca Allahın vəhdaniyyətinə və Ona itaət etməyə dəvət etdiyin bir çox insanların onlara gətirdiyin dəlil və sübutları qəbul edib və dərk edəcəklərini hesab edirsən?! Onlar dinləmək, dərk etmək və başa düşmək baxımından hey­van kimidirlər. Hətta getdikləri yol etibarı ilə heyvanlardan da daha çox azğındırlar.