Muxtəsər təfsir
قُلْ أَنزَلَهُ ٱلَّذِى يَعْلَمُ ٱلسِّرَّ فِى ٱلسَّمَـٰوَٰتِ وَٱلْأَرْضِ ۚ إِنَّهُۥ كَانَ غَفُورًا رَّحِيمًا ﴿٦﴾
Ey Peyğəmbər! Quranı təkzib edənlərə belə de: "Bu Quranı, göylərdə və yerdə hər bir şeyi bilən Allah nazil etmişdir. O heç də sizin idda etdiyiniz kimi uydurulmuş bir kitab deyildir!" Sonra Uca Allah onları tövbəyə dəvət edərək beyə buyurur: "Həqiqətən Allah, Ona tövbə edən qullarını bağışlayandır və onlara qarşı çox mərhəmətlidir!".