×
الفرقانAyə 60

Muxtəsər təfsir

وَإِذَا قِيلَ لَهُمُ ٱسْجُدُوا۟ لِلرَّحْمَـٰنِ قَالُوا۟ وَمَا ٱلرَّحْمَـٰنُ أَنَسْجُدُ لِمَا تَأْمُرُنَا وَزَادَهُمْ نُفُورًا ۩ ﴿٦٠﴾

Kafirlərə: "Rəhmana səc­də edin!" – deyildikdə: "Biz Rəhmana səcdə edən deyilik! Rəhman nədir? Biz nə onu tanıyır, nə də ki, iqrar edirik. Biz onun nə olduğunu bilmədiyimiz bir halda, sən bizə əmr etdiyin bir şeyəmi səcdə edəcəyik?!" – deyərlər. Peyğəmbərin (səllallahu aleyhi və səlləm) onlara Allaha səcdə etmə əmiri onları Allahdan daha da uzaqlaşdırdı.