Muxtəsər təfsir
وَلَا تَمَسُّوهَا بِسُوٓءٍ فَيَأْخُذَكُمْ عَذَابُ يَوْمٍ عَظِيمٍ ﴿١٥٦﴾
Ehtiyatlı olun! Onu öldürərək və ya vuraraq əsla ona bir pislik toxundurmayın, yoxsa bu səbəbdən üzərinizə Allahın əzabı enər və əzabın endiyi o böyük bir gündə əzab hamınızı məhv edər".