×
النملAyə 15

Muxtəsər təfsir

وَلَقَدْ ءَاتَيْنَا دَاوُۥدَ وَسُلَيْمَـٰنَ عِلْمًا ۖ وَقَالَا ٱلْحَمْدُ لِلَّهِ ٱلَّذِى فَضَّلَنَا عَلَىٰ كَثِيرٍ مِّنْ عِبَادِهِ ٱلْمُؤْمِنِينَ ﴿١٥﴾

Biz Davuda və oğlu Süleyma­na elm verdik. Quşların dilini bilmək də bu elmə aid idi. Davud və Süleyman, İzzət və Cəlal sahibi olan Allaha şükür edərək belə dedi­lər: "Bizə elm və peyğəmbərlik bəxş edərək, bizi bir çox mömin qullarından üstün tutan Alla­ha həmd olsun!".