×
النملAyə 34

Muxtəsər təfsir

قَالَتْ إِنَّ ٱلْمُلُوكَ إِذَا دَخَلُوا۟ قَرْيَةً أَفْسَدُوهَا وَجَعَلُوٓا۟ أَعِزَّةَ أَهْلِهَآ أَذِلَّةً ۖ وَكَذَٰلِكَ يَفْعَلُونَ ﴿٣٤﴾

Hökmdar qadın dedi: "Şübhəsiz ki, hökmdarlar hər han­sı bir məmləkətə daxil olduqları zaman: öldürərək, qarət edərək və soyub talayaraq oranı viran qo­yar, xalqının izzətli və qüvvətli adam­larını da zəlil və həqir edər­lər. Hökmdarlar üstün gəlib, məğlub etdikləri məmləkətin əhalisi arasında qorxu və heybət yaymaq üçün daiman belə edərlər.