Muxtəsər təfsir
إِنَّ ٱلَّذِينَ لَا يُؤْمِنُونَ بِٱلْـَٔاخِرَةِ زَيَّنَّا لَهُمْ أَعْمَـٰلَهُمْ فَهُمْ يَعْمَهُونَ ﴿٤﴾
Şübhəsiz ki Biz, axirətə və orada olan savaba və cəzaya iman gətirməyən kafir kimsələrin etdikləri günahlarda davamlı olmaları üçün pis əməllərini özlərinə yaxşı kimi göstərdik. Odur ki, onlar çaşqınlıq içindədirlər və elə bu üzdən də, haqq yola yönələ bilməzlər.