×
النملAyə 61

Muxtəsər təfsir

أَمَّن جَعَلَ ٱلْأَرْضَ قَرَارًا وَجَعَلَ خِلَـٰلَهَآ أَنْهَـٰرًا وَجَعَلَ لَهَا رَوَٰسِىَ وَجَعَلَ بَيْنَ ٱلْبَحْرَيْنِ حَاجِزًا ۗ أَءِلَـٰهٌ مَّعَ ٱللَّهِ ۚ بَلْ أَكْثَرُهُمْ لَا يَعْلَمُونَ ﴿٦١﴾

Ey müşriklər! Allaha şərik qoşduğunuz bütlərinizmi yaxşıdır, yoxsa yeri və üzərində olanları hərəkət edərək titrətməsin deyə sabit saxlayan, orada çay­lar axıdan, yerin lərzəyə gəlməməsi üçün üzərində möh­kəm duran dağ­lar yara­dan, şirin və şor suların bir-birinə qarışıb suyu içilməyəcək bir hala gətirməməsin deyə iki dənizin arasında maneə qoyan Uca Allahmı?! Yoxsa Allahla bərabər bunları edən başqa bir məbudmu vardır?! Xeyr, on­la­rın ək­səriyyəti bunu bilmirlər. Əgər bilsəydilər, o zaman heç bir məxluqu Uca Allaha şərik qoşmazdılar!