Muxtəsər təfsir
وَتَرَى ٱلْجِبَالَ تَحْسَبُهَا جَامِدَةً وَهِىَ تَمُرُّ مَرَّ ٱلسَّحَابِ ۚ صُنْعَ ٱللَّهِ ٱلَّذِىٓ أَتْقَنَ كُلَّ شَىْءٍ ۚ إِنَّهُۥ خَبِيرٌۢ بِمَا تَفْعَلُونَ ﴿٨٨﴾
O gün sən, dağlara baxıb onları hərəkətsiz, yerində sabit durmuş güman edərsən, halbuki onlar həqiqət də buludların keçdiyi kimi sürətlə keçib gedərlər. Bu, Allahın işidir. Dağları hərəkət etdirən uca Allahdır. Şübhəsiz ki, O, etdiyiniz əməllərdən xəbərdardır. Etdiyiniz əməllərdən Allaha heç bir şey gizli qalmaz. O, etdiyiniz əməllərin əvəzini sizə verəcəkdir.