Muxtəsər təfsir
فَلَمَّآ أَنْ أَرَادَ أَن يَبْطِشَ بِٱلَّذِى هُوَ عَدُوٌّ لَّهُمَا قَالَ يَـٰمُوسَىٰٓ أَتُرِيدُ أَن تَقْتُلَنِى كَمَا قَتَلْتَ نَفْسًۢا بِٱلْأَمْسِ ۖ إِن تُرِيدُ إِلَّآ أَن تَكُونَ جَبَّارًا فِى ٱلْأَرْضِ وَمَا تُرِيدُ أَن تَكُونَ مِنَ ٱلْمُصْلِحِينَ ﴿١٩﴾
Musa - aleyhissəlam - özünə və İsrail oğullarından olan kişiyə düşmən olan qibtini yaxalamaq istədiyi zaman, İsrail oğullarından olan kişi Musanın: "Doğrudan da sən, açıq-aşkar bir azğınsan"- dediyini eşidib, Musanın onu yaxalamaq istədiyini zənn edərək Musaya belə dedi: "Ey Musa! Dünən bir kişini vurub öldürdüyün kimi, bu gün də məni elə öldürmək istəyirsən? Sən heç də düşmən olan insanlar arasında islah edən kimsələrdən biri deyilsən. Sən ancaq yer üzündə insanları öldürən və onlara zülüm edən zalım bir kimsə olmaq istəyirsən!"