Muxtəsər təfsir
قَالَ إِنِّىٓ أُرِيدُ أَنْ أُنكِحَكَ إِحْدَى ٱبْنَتَىَّ هَـٰتَيْنِ عَلَىٰٓ أَن تَأْجُرَنِى ثَمَـٰنِىَ حِجَجٍ ۖ فَإِنْ أَتْمَمْتَ عَشْرًا فَمِنْ عِندِكَ ۖ وَمَآ أُرِيدُ أَنْ أَشُقَّ عَلَيْكَ ۚ سَتَجِدُنِىٓ إِن شَآءَ ٱللَّهُ مِنَ ٱلصَّـٰلِحِينَ ﴿٢٧﴾
Qızların atası Musaya - aleyhissəlam - xitab edərək belə dedi: "Mən, mehir olaraq, bu qoyunlarıma səkkiz il çobanlıq etmən qarşılığında, bu iki qızımdan biri ilə səni evləndirmək istəyirəm. Əgər sən bu müddəti on ilə çatdırsan, bu, sənin tərəfindən bir lütf olar. Sən bunu etməkdə məcbur deyilsən. Çünki aramızdakı anlaşma səkkiz ildir. Bu müddətdən əlavə çobanlıq etməyin isə könüllü olan bir iş olacaqdır. Mən sənə məşəqqət olacaq bir işi görməyə məcbur etmək istəmirəm. Sən İnşallah məni, səninlə etdiyim bu anlaşmanı pozmayan və ona əməl edən əməlisalehlərdən olduğumu görəcəksən!"