Muxtəsər təfsir
وَإِذَا يُتْلَىٰ عَلَيْهِمْ قَالُوٓا۟ ءَامَنَّا بِهِۦٓ إِنَّهُ ٱلْحَقُّ مِن رَّبِّنَآ إِنَّا كُنَّا مِن قَبْلِهِۦ مُسْلِمِينَ ﴿٥٣﴾
Onlara Quran oxunduğu zaman: "Biz ona iman gətirdik. Şübhəsiz ki, o, içində heç bir şəkk-şübhə olmayan, Rəbbimizdən endirilən bir haqdır. Biz bu Qurandan öncə də, əvvəlki peyğəmbərlərin gətirdiklərinə inanıb, iman gətirdiyimizə görə müsəlman idik!"– deyirlər.