×
القصصAyə 58

Muxtəsər təfsir

وَكَمْ أَهْلَكْنَا مِن قَرْيَةٍۭ بَطِرَتْ مَعِيشَتَهَا ۖ فَتِلْكَ مَسَـٰكِنُهُمْ لَمْ تُسْكَن مِّنۢ بَعْدِهِمْ إِلَّا قَلِيلًا ۖ وَكُنَّا نَحْنُ ٱلْوَٰرِثِينَ ﴿٥٨﴾

Allahın nemətlərini inkar edən, küfr və günahlar etməklə həddi aşan neçə-neçə şəhər vardır ki, biz onlara əzab göndərib hamısını məhv etdik. Bu­ onların, əhalisi məhv olub getdikdən sonra bə­zi yolçular müstəsna olmaqla ora­da heç kəsin yaşamadığı, uçub dağılmış yurdlarıdır. Göylərdə, yerdə və bu ikisinin arasında olanlara da varis olan Bizik.