Muxtəsər təfsir
وَنُمَكِّنَ لَهُمْ فِى ٱلْأَرْضِ وَنُرِىَ فِرْعَوْنَ وَهَـٰمَـٰنَ وَجُنُودَهُمَا مِنْهُم مَّا كَانُوا۟ يَحْذَرُونَ ﴿٦﴾
Biz onları yer üzündə hökm, mülk və qüdrət sahibi etmək, Firona və taxt-tacında qalması üçün bu işdə ona ən böyük dayaq olan Hamana və hər ikisinə yardımçı olan əsgərlərinə, hökmranlıqlarının İsrail oğullarından doğulan bir oğlan uşağının əli ilə məhv olması ilə qorxub çəkindikləri şeyi göstərmək istədik.