Muxtəsər təfsir
وَأَصْبَحَ ٱلَّذِينَ تَمَنَّوْا۟ مَكَانَهُۥ بِٱلْأَمْسِ يَقُولُونَ وَيْكَأَنَّ ٱللَّهَ يَبْسُطُ ٱلرِّزْقَ لِمَن يَشَآءُ مِنْ عِبَادِهِۦ وَيَقْدِرُ ۖ لَوْلَآ أَن مَّنَّ ٱللَّهُ عَلَيْنَا لَخَسَفَ بِنَا ۖ وَيْكَأَنَّهُۥ لَا يُفْلِحُ ٱلْكَـٰفِرُونَ ﴿٨٢﴾
Qarunun yerin dibinə batırılmasından öncə onun sahib olduğu mal-dövlətə təmənna edənlər, yanılaraq və Qarunun yerin dibinə batırılmasından ibrət alaraq belə dedilər: "Məgər biz, uca Allahın Öz qullarından istədiyi kimsənin ruzisini artırdığını və istədiyi kimsənin də, azaltdığını bilmirdikmi?! Əgər üzərimizdə Allahın lütfü olmasaydı, söylədiyimiz sözə görə bizi cəzalandırıb, Qarunu yerin dibinə batırdığı kimi bizi də yerin dibinə elə batırardı. Şübhəsiz ki, kafirlər nə dünya da, nə də ki, axirət də nicat tapmazlar. Əksinə, onların dünya da və axirət də sonu xüsrana uğramaqdır.