×
العنكبوتAyə 52

Muxtəsər təfsir

قُلْ كَفَىٰ بِٱللَّهِ بَيْنِى وَبَيْنَكُمْ شَهِيدًا ۖ يَعْلَمُ مَا فِى ٱلسَّمَـٰوَٰتِ وَٱلْأَرْضِ ۗ وَٱلَّذِينَ ءَامَنُوا۟ بِٱلْبَـٰطِلِ وَكَفَرُوا۟ بِٱللَّهِ أُو۟لَـٰٓئِكَ هُمُ ٱلْخَـٰسِرُونَ ﴿٥٢﴾

Ey Peyğəmbər! De: "Mənim təbliğ etdiyim risalətin doğruluğunu və sizin onu yalan saydığınızı təsdiqləmək üçün pak və müqəddəs Allahın şahid olması kifayətdir. O, göy­lərdə və yerdə olan­ları bilir.Göylərdə və yerdə heç bir şey ondan gizli qalmaz. Allahdan başqa ibadət edilən batilə iman gətirib, ibadətə layiq olan tək Alla­ha küfr edənlər – məhz onlar, imanı küfrə dəyişdiklərinə görə, zi­ya­na uğrayanlardır."