×
العنكبوتAyə 8

Muxtəsər təfsir

وَوَصَّيْنَا ٱلْإِنسَـٰنَ بِوَٰلِدَيْهِ حُسْنًا ۖ وَإِن جَـٰهَدَاكَ لِتُشْرِكَ بِى مَا لَيْسَ لَكَ بِهِۦ عِلْمٌ فَلَا تُطِعْهُمَآ ۚ إِلَىَّ مَرْجِعُكُمْ فَأُنَبِّئُكُم بِمَا كُنتُمْ تَعْمَلُونَ ﴿٨﴾

Biz insana valideynləri ilə gözəl davranmağı və onlara yaxşılıq etməyi buyurduq. Ey İnsan! Əgər valideynlərin bil­mədiyin bir şeyi Mənə şərik qoşmağın üçün sə­ni məc­bur etsələr - Səd bin Əbu Vaqqasın - Allah ondan razı olsun - anasının ona qarşı etdiyi kimi - onda onların əmrinə tabe olma. Çünki Xaliqə asilik saylan bir işdə məxluqa itaət etmək olmaz. Qiyamət günü dönüşünüz yalnız Mənə ola­caqdır. Mən də dünyada ikən etdiyiniz bütün etdik­lə­rinizi sizə bildirəcəyəm və sizə əməllərinizin əvəzini verə­cə­yəm!