Muxtəsər təfsir
إِنَّ ٱلَّذِينَ كَفَرُوا۟ لَن تُغْنِىَ عَنْهُمْ أَمْوَٰلُهُمْ وَلَآ أَوْلَـٰدُهُم مِّنَ ٱللَّهِ شَيْـًٔا ۖ وَأُو۟لَـٰٓئِكَ هُمْ وَقُودُ ٱلنَّارِ ﴿١٠﴾
Allaha və Onun rəsuluna küfr edənlərin nə mal-dövləti, nə də oğul-uşaqları onları dünyada və axirətdə Allahın əzabından xilas edə bilməz. Belə kimsələr, Qiyamət günü Cəhənnəm onlar ilə alovlandırılan, cəhənnəm odunlarıdır.