×
آل عمرانAyə 113

Muxtəsər təfsir

لَيْسُوا۟ سَوَآءً ۗ مِّنْ أَهْلِ ٱلْكِتَـٰبِ أُمَّةٌ قَآئِمَةٌ يَتْلُونَ ءَايَـٰتِ ٱللَّهِ ءَانَآءَ ٱلَّيْلِ وَهُمْ يَسْجُدُونَ ﴿١١٣﴾

Kitab əhlinin hamısı eyni halda deyildir. Onlardan Allahın əmrlərini yerinə yetirib, qadağanlarından çəkinən, gecə saatlarında Allah üçün namaz qılıb və Onun ayələrini oxuyan və Allahın dinində sabitqədəm olan bir toplum insanlarda vardır. Bu toplum insanlar, Muhəmmədin - sallallahu aleyhi və səlləm - peyğəmbər göndərilməzdən qabaq olan insanlar idi. Bu kəslərdən Peyğəmbərin - sallallahu aleyhi və səlləm - peyğəmbər olaraq göndərildiyi vaxta təsadüf edənlər, İslamı qəbul etmişdilər.