×
آل عمرانAyə 119

Muxtəsər təfsir

هَـٰٓأَنتُمْ أُو۟لَآءِ تُحِبُّونَهُمْ وَلَا يُحِبُّونَكُمْ وَتُؤْمِنُونَ بِٱلْكِتَـٰبِ كُلِّهِۦ وَإِذَا لَقُوكُمْ قَالُوٓا۟ ءَامَنَّا وَإِذَا خَلَوْا۟ عَضُّوا۟ عَلَيْكُمُ ٱلْأَنَامِلَ مِنَ ٱلْغَيْظِ ۚ قُلْ مُوتُوا۟ بِغَيْظِكُمْ ۗ إِنَّ ٱللَّهَ عَلِيمٌۢ بِذَاتِ ٱلصُّدُورِ ﴿١١٩﴾

Ey Möminlər! Baxın, siz onları sevib onlara xeyir istədiyiniz bir halda onlar əksinə sizə nifrət edər, sizi sevməz və sizə xeyir arzu etməzlər. Siz onların kitablarına iman etməklə yanaşı nazil olmuş kitabların hamı­sı­na ina­nır­­sınız. Amma onlar isə Allahın sizin peyğəmbərinizə nazil etdiyi kitaba inanmırlar. On­lar sizinlə rast­la­şdıqda dilləri ilə: "Biz də, təsdik etdik!"– deyir, bir-birləri ilə tək­lik­də qa­lan­­da isə özlərinin zəllətdə sizin isə vəhdətdə olduğunuza və İslamın izzətli olmasına görə sizə qarşı qəzəblərindən barmaqla­rının uclarını gəmi­rir­lər. Ey Peyğəmbər! Onlara de: "Qəzəbinizdən ölənə qədər bu halınızda qalın!" Şübhə­siz ki, Allah kökslər­də olanlar imanı, küfürü, xeyri və şəri biləndir.