Muxtəsər təfsir
بَلَىٰٓ ۚ إِن تَصْبِرُوا۟ وَتَتَّقُوا۟ وَيَأْتُوكُم مِّن فَوْرِهِمْ هَـٰذَا يُمْدِدْكُمْ رَبُّكُم بِخَمْسَةِ ءَالَـٰفٍ مِّنَ ٱلْمَلَـٰٓئِكَةِ مُسَوِّمِينَ ﴿١٢٥﴾
Əlbəttə ki, bu sizə kifayət edər. Hələ Allahdan sizə daha başqa bir yardım müjdəsi də vardır. Əgər döyüşdə səbirli olub, Allahdan qorxsanız, düşmənləriniz üstünüzə gəldikləri zaman, Allah sizə dərhal yardım edər. Əgər bu baş verərsə, Rəbbiniz, həm özləri, həm də atları açıq-aydın əlamətlə nişanlanmış beş min mələklə sizə yardım edər.