Muxtəsər təfsir
يَـٰٓأَيُّهَا ٱلَّذِينَ ءَامَنُوا۟ لَا تَأْكُلُوا۟ ٱلرِّبَوٰٓا۟ أَضْعَـٰفًا مُّضَـٰعَفَةً ۖ وَٱتَّقُوا۟ ٱللَّهَ لَعَلَّكُمْ تُفْلِحُونَ ﴿١٣٠﴾
Ey Allaha iman gətirib Onun rəsuluna tabe olan kimsələr! Cəhalət əhlinin etdikləri kimi borc verdikdə mayanızdan qat-qat artırılmış sələmi almaqdan çəkinin! Allahın əmrlərinə tabe olub, qadağanlarından çəkinməklə Ondan qorxun ki, bəlkə, dünya və axirətdə istədiyiniz xeyirə nail olasız.