Muxtəsər təfsir
وَٱلَّذِينَ إِذَا فَعَلُوا۟ فَـٰحِشَةً أَوْ ظَلَمُوٓا۟ أَنفُسَهُمْ ذَكَرُوا۟ ٱللَّهَ فَٱسْتَغْفَرُوا۟ لِذُنُوبِهِمْ وَمَن يَغْفِرُ ٱلذُّنُوبَ إِلَّا ٱللَّهُ وَلَمْ يُصِرُّوا۟ عَلَىٰ مَا فَعَلُوا۟ وَهُمْ يَعْلَمُونَ ﴿١٣٥﴾
Müttəqilər o kimsələrdir ki, böyük bir günah etdikdə, yaxud özlərinə zülm etdərək kiçik günahlar etdikdə, uca Allahın, asilər üçün hazırladığı əzabı və müttəqilərə vəd verdiyi cənnətləri xatırlayıb, Allahdan günahlarını örtməsini və günahlarına görə ona əzab vermənməsini diləyərlər. Çünki günahları tək Allahdan başqa bağışlaya bilən yoxdur. Bir də onlar günah etdiklərini bildikdə, günah etməkdə israr etməzlər. Şübhəsiz ki, Allah, bütün günahları bağışlayandır.