Muxtəsər təfsir
فَـَٔاتَىٰهُمُ ٱللَّهُ ثَوَابَ ٱلدُّنْيَا وَحُسْنَ ثَوَابِ ٱلْـَٔاخِرَةِ ۗ وَٱللَّهُ يُحِبُّ ٱلْمُحْسِنِينَ ﴿١٤٨﴾
Beləcə, Allah onlara yardım etməklə və yer üzərində onları bərqərar etməklə dünya mükafatını, axirətdə isə onlardan razı qalma və nəim cənnətlərində əbədi nemətlər içərisində olmaqla ən gözəl mükafat bəxş etdi. Allah, ibadətlərində və insanlarla ünsiyyətdə yaxşılıq edənləri sevər.