Muxtəsər təfsir
قُلْ أَؤُنَبِّئُكُم بِخَيْرٍ مِّن ذَٰلِكُمْ ۚ لِلَّذِينَ ٱتَّقَوْا۟ عِندَ رَبِّهِمْ جَنَّـٰتٌ تَجْرِى مِن تَحْتِهَا ٱلْأَنْهَـٰرُ خَـٰلِدِينَ فِيهَا وَأَزْوَٰجٌ مُّطَهَّرَةٌ وَرِضْوَٰنٌ مِّنَ ٱللَّهِ ۗ وَٱللَّهُ بَصِيرٌۢ بِٱلْعِبَادِ ﴿١٥﴾
Ey Peyğımbər! De: "Sizə bu ləzzətlərdən də daha xeyirlisini xəbər verimmi? Yaxşı əməl edib, günahdan çəkinərək Allahdan qorxanlar üçün Rəbbi yanında, qəsirləri və ağacları altından çaylar axan, ölmək və fəna bilmədikləri halda içində əbədi qalacaqları cənnətlər, onlar üçün yaradılışında və əxlaqında hər cür qüsurdan uzaq pak olan zövcələr və bununla yanaşı Allahın rizası vardır və Allah heç vaxt onlara qəzəblənməz". Allah qullarını hər bir halını görəndir, onların əməlləri Allahdan gizlin qalmaz və Allah onların əməllərinin əvəzini verəcəkdir.