×
آل عمرانAyə 152

Muxtəsər təfsir

وَلَقَدْ صَدَقَكُمُ ٱللَّهُ وَعْدَهُۥٓ إِذْ تَحُسُّونَهُم بِإِذْنِهِۦ ۖ حَتَّىٰٓ إِذَا فَشِلْتُمْ وَتَنَـٰزَعْتُمْ فِى ٱلْأَمْرِ وَعَصَيْتُم مِّنۢ بَعْدِ مَآ أَرَىٰكُم مَّا تُحِبُّونَ ۚ مِنكُم مَّن يُرِيدُ ٱلدُّنْيَا وَمِنكُم مَّن يُرِيدُ ٱلْـَٔاخِرَةَ ۚ ثُمَّ صَرَفَكُمْ عَنْهُمْ لِيَبْتَلِيَكُمْ ۖ وَلَقَدْ عَفَا عَنكُمْ ۗ وَٱللَّهُ ذُو فَضْلٍ عَلَى ٱلْمُؤْمِنِينَ ﴿١٥٢﴾

Uca Allahın izni ilə Uhud döyüşündə kafirləri amansızlıqla öldürdüyünüz zaman, Allah sizə düşmənləriniz üzərində qələbə çalmağı nəsib edərək sizə verdiyi vədini yerinə yetirdi. Nəhayət, Allah sizə, arzuladığınız şeyi, düşmən üzərində qələbəni göstərdikdə, siz, Pey­ğəmbərin - səllallahu aleyhi və səlləm - sizə əmr etdiyini yerinə yetirməkdən qorxub, zəyiflik göstərib, döyüş yerinizdə qalmaq yoxsa oranı tərk edib qənimət toplamaq ba­­rəsində bir-bi­rinizlə ixtilaf etdi­niz və Peyğəmbərin - səllallahu aleyhi və səlləm - hər bir halda döyüş yerinizdə qalıb oranı tərk etməmək əmrinə asi oldunuz. İçə­riniz­dən kimisi dün­ya qənimətlərini istəyirdi. Onlar döyüş yerlərini tərk edən kimsələrdir. Kimisi də axi­rət savabını istə­yirdi. Onlar isə Peyğəmbərin - səllallahu aleyhi və səlləm - əmrinə tabe olub döyüş yerlərini tərk etməyən kimsələrdir. Sonra Allah üzünüzü onlardan dön­dərib, müsibətə səbir edən mömini, müsibətə səbir etməyib, zəyiflik göstərən möminlərdən ayırd etmək üçün düşmənlərinizi sizin üzərinizə saldırdı. Allah, artıq sizin Peyğəmbərin - səllallahu aleyhi və səlləm - əmrinə müxalif olaraq qazandığınız günahı əfv etdi. Allah möminləri imana yönəldib, günahlarını əfv etdiyi və onlara baş verən müsibətlərə görə onlara mükafat bəxş etdiyi üçün mö­minlərə qarşı böyük lütf sahididir.