Muxtəsər təfsir
يَـٰٓأَيُّهَا ٱلَّذِينَ ءَامَنُوا۟ لَا تَكُونُوا۟ كَٱلَّذِينَ كَفَرُوا۟ وَقَالُوا۟ لِإِخْوَٰنِهِمْ إِذَا ضَرَبُوا۟ فِى ٱلْأَرْضِ أَوْ كَانُوا۟ غُزًّى لَّوْ كَانُوا۟ عِندَنَا مَا مَاتُوا۟ وَمَا قُتِلُوا۟ لِيَجْعَلَ ٱللَّهُ ذَٰلِكَ حَسْرَةً فِى قُلُوبِهِمْ ۗ وَٱللَّهُ يُحْىِۦ وَيُمِيتُ ۗ وَٱللَّهُ بِمَا تَعْمَلُونَ بَصِيرٌ ﴿١٥٦﴾
Ey Allaha iman gətirib Onun rəsuluna tabe olan kimsələr! Siz, ruzi qazanmaq üçün səfərə çıxıb və ya döyüşə gedib orada vəfat etmiş və ya öldürülmüş yaxın qohum-əqrəbaları barəsində: "Əgər onlar səfərə çıxmayıb və ya döyüşə getməyib bizim yanımızda olsaydılar, nə ölər, nə də öldürülərdilər"– deyən münafiqlərdən olan kafirlər kimi olmayın! Allah bu qənaəti onların qəlblərində onlar üçün bir hüzün və həsrət olsun deyə belə etdi. Halbuki, Öz istəyi ilə dirildən də, öldürən də, tək Allahdır. Allahın yazdığı qədərə, nə evdə qalıb səfərə və ya dövüşə çıxmamaq mane olar, nə də ki, səfərə və ya dövüşə çıxmaq tezləşdirər. Allah nə etdiklərinizi görür. Etdiyiniz əməllər əsla Ona gizli qalmaz və O, əməllərinizin müqabilini sizə verəcəkdir.