Muxtəsər təfsir
فَٱنقَلَبُوا۟ بِنِعْمَةٍ مِّنَ ٱللَّهِ وَفَضْلٍ لَّمْ يَمْسَسْهُمْ سُوٓءٌ وَٱتَّبَعُوا۟ رِضْوَٰنَ ٱللَّهِ ۗ وَٱللَّهُ ذُو فَضْلٍ عَظِيمٍ ﴿١٧٤﴾
Beləcə onlar "Həmra əl-Əsəd" adlı döyüşdən, Allah yanında böyük bir savaba, yüksək dərəcələrə nail omaqla, ölmədən, yara almadan və düşmənlərindən özlərinə heç bir pislik toxunmadan geri döndülər. Beləliklə də, Allahın sevdiyi işləri görüb asiliklərdən üzaq durmaqla Allahın rizasına uydular. Allah mömin qullarına qarşı böyük lütf sahibidir.