Muxtəsər təfsir
وَلَا يَحْزُنكَ ٱلَّذِينَ يُسَـٰرِعُونَ فِى ٱلْكُفْرِ ۚ إِنَّهُمْ لَن يَضُرُّوا۟ ٱللَّهَ شَيْـًٔا ۗ يُرِيدُ ٱللَّهُ أَلَّا يَجْعَلَ لَهُمْ حَظًّا فِى ٱلْـَٔاخِرَةِ ۖ وَلَهُمْ عَذَابٌ عَظِيمٌ ﴿١٧٦﴾
Ey Peyğəmbər! Münafiqlərdən geriyə dönüb mürtəd olaraq küfrə tələsənlər səni heç də kədərləndirməsin. Belə ki, onlar Allaha heç bir zərər verə bilməzlər. Onlar Allaha imandan və xeyirli əməllərdən uzaqlaşaraq yalnız özlərinə zərər verirlər. Allah onları dünyada rəzil etməklə və heç bir xeyirə müvəffəq etməməklə, onların axirət nemətlərindən heç bir paylarının olmamasını istər. Onlar üçün Qiyamət günü Cəhənnəmdə böyük bir əzab vardır.