Muxtəsər təfsir
وَلَا يَحْسَبَنَّ ٱلَّذِينَ يَبْخَلُونَ بِمَآ ءَاتَىٰهُمُ ٱللَّهُ مِن فَضْلِهِۦ هُوَ خَيْرًا لَّهُم ۖ بَلْ هُوَ شَرٌّ لَّهُمْ ۖ سَيُطَوَّقُونَ مَا بَخِلُوا۟ بِهِۦ يَوْمَ ٱلْقِيَـٰمَةِ ۗ وَلِلَّهِ مِيرَٰثُ ٱلسَّمَـٰوَٰتِ وَٱلْأَرْضِ ۗ وَٱللَّهُ بِمَا تَعْمَلُونَ خَبِيرٌ ﴿١٨٠﴾
Allahın Öz lütfündən bəxş etdiyini nemətlərdən xərcləməyə xəsislik edib malından Allahın haqqını verməyən kimsələr heç də bu onların xeyrinə olduğunu zənn etməsinlər. Əksinə, bu, onların zərərinədir. Çünki onların xəsislik etdikləri şey qiyamət günü halqa olub boyunlarına dolanacaq və bununla da onlara əzab verəcəkdir. Göylərin və yerin nə varsa sonda tək Allaha qayıdacaqdır. Bütün bəşəriyyət məhv olduqdan sonda diri qalan Odur. Allah nə etdiklərinizi dəqiqliklə bilindir və O, əməllərinizin müqabilini sizə verəcəkdir.