Muxtəsər təfsir
قُلِ ٱللَّهُمَّ مَـٰلِكَ ٱلْمُلْكِ تُؤْتِى ٱلْمُلْكَ مَن تَشَآءُ وَتَنزِعُ ٱلْمُلْكَ مِمَّن تَشَآءُ وَتُعِزُّ مَن تَشَآءُ وَتُذِلُّ مَن تَشَآءُ ۖ بِيَدِكَ ٱلْخَيْرُ ۖ إِنَّكَ عَلَىٰ كُلِّ شَىْءٍ قَدِيرٌ ﴿٢٦﴾
Ey Peyğəmbər! Rəbbinə tərif edib Onu öyərək de: "Ey Allahım Sən, dünyada və axirətdə bütün mülkün sahibisən! Sən mülkü qullarından istədiyin kəsə verir, istədiyindən də, onu geri alırsan, onlardan istədiyin kimsəni ucaldır, istədiyini də, alçaldırsan. Bunların hamısı Sənin hikmətin və ədalətlədir. Bütün xeyirlər tək Sənin əlindədir və həqiqətən, Sən hər şeyə qadirsən".