Muxtəsər təfsir
لَّا يَتَّخِذِ ٱلْمُؤْمِنُونَ ٱلْكَـٰفِرِينَ أَوْلِيَآءَ مِن دُونِ ٱلْمُؤْمِنِينَ ۖ وَمَن يَفْعَلْ ذَٰلِكَ فَلَيْسَ مِنَ ٱللَّهِ فِى شَىْءٍ إِلَّآ أَن تَتَّقُوا۟ مِنْهُمْ تُقَىٰةً ۗ وَيُحَذِّرُكُمُ ٱللَّهُ نَفْسَهُۥ ۗ وَإِلَى ٱللَّهِ ٱلْمَصِيرُ ﴿٢٨﴾
Ey Möminlər! Möminləri qoyub kafirləri dost tutub, onları sevib və onlara kömək etməyin! Bunu edən kəs bilsin ki, artıq o, Allahdan, Allah da ondan uzaqdır. Yalnız siz, kafirlərin hökmü altında olub, onlardan sizə gələ biləcək təhlükədən qorxmağınız istisnadır. Bu zaman onların əziyyətindən özünüzü müdafə etmək üçün qəlbinizdə onlara qarşı düşmənçilyi gizlətdiyiniz halda, onlarla sözdə və əməlkdə mülayim rəftar etmənizdə günah yoxdur. Allah sizi Özündən çəkindirir, Ondan qorxun. Günahlar etməklə özünüzü Onun qəzəbinə məruz qoymayın. İnsanların etdikləri əməllərin müqabilini vermək üçün qiyamət günü onların dönüşü ancaq tək Allahadır.