Muxtəsər təfsir
فَتَقَبَّلَهَا رَبُّهَا بِقَبُولٍ حَسَنٍ وَأَنۢبَتَهَا نَبَاتًا حَسَنًا وَكَفَّلَهَا زَكَرِيَّا ۖ كُلَّمَا دَخَلَ عَلَيْهَا زَكَرِيَّا ٱلْمِحْرَابَ وَجَدَ عِندَهَا رِزْقًا ۖ قَالَ يَـٰمَرْيَمُ أَنَّىٰ لَكِ هَـٰذَا ۖ قَالَتْ هُوَ مِنْ عِندِ ٱللَّهِ ۖ إِنَّ ٱللَّهَ يَرْزُقُ مَن يَشَآءُ بِغَيْرِ حِسَابٍ ﴿٣٧﴾
Allah onun nəzrini gözəl tərzdə qəbul etdi, onu gözəl bir şəkildə boya-başa çatdırdı, qullarından salehlərin qəlbini ona qarşı şəfqətli etdi və ona baxmağı Zəkəriyyanın - aleyhissəlam - öhdəsinə buraxdı. Zəkəriyya hər dəfə Məryəmin yanına, ibadət etdyi yerə daxil olduqda, onun yanında yaxşı ruzi olduğunu görərdi. Nəhayət, o: "Ey Məryəm! Bu ruzi sənin üçün haradandır?"– deyə soruşduqda, Məryəm ona cavab verərək dedi: "Bu ruzi Allah tərəfindəndir! Şübhəsiz ki, Allah istədiyi kimsəyə bol-bol, hesabsız ruzi verir".