Muxtəsər təfsir
فَنَادَتْهُ ٱلْمَلَـٰٓئِكَةُ وَهُوَ قَآئِمٌ يُصَلِّى فِى ٱلْمِحْرَابِ أَنَّ ٱللَّهَ يُبَشِّرُكَ بِيَحْيَىٰ مُصَدِّقًۢا بِكَلِمَةٍ مِّنَ ٱللَّهِ وَسَيِّدًا وَحَصُورًا وَنَبِيًّا مِّنَ ٱلصَّـٰلِحِينَ ﴿٣٩﴾
Zəkəriyya ibadətgahında namaz qılmaq üçün ayaq üstə durduqu zaman, mələklər ona belə xitab etdilər: "Allah səni, Yəhya adlı bir oğlan övladının dünyaya gəlməsi ilə müjdələyir. Onun vəsflərindən biri, Allah tərəfindən olan Kəlməni təsdiq etməkdir. Bu kəlmə, Məryəm oğlu İsadır. Çünki o, Allahdan olan kəlməi ilə, xüsusi bir yaradılışla xəlq edilmişdir. Bu oğlan, elmdə və ibadətdə öz qövmünün ağası olacaq, nəfsini şəhvətlərdən və qadınlara yaxınlıq etməkdən qoruyacaq, yalnız Rəbbinə ibadət etməklə məşğul olacaq, üstəlik, əməlisaleh peyğəmbərlərdən biri olacaqdır".