Muxtəsər təfsir
وَلَمْ يَكُن لَّهُم مِّن شُرَكَآئِهِمْ شُفَعَـٰٓؤُا۟ وَكَانُوا۟ بِشُرَكَآئِهِمْ كَـٰفِرِينَ ﴿١٣﴾
Allaha qoşduqları şərikləri - dünyada ikən ibadət etdikləri bütlər onları əzabdan qurtarmaq üçün onlara şəfaətçilik edə bilməyəcək. Allaha qoşduqları şəriklər onları inkar edəcəklər. Bunlar onlardan kömək umduqları vaxt o şəriklər bunları naümid qoyacaq. Çünki onların hamısı həlak olacaq.