×
الرومAyə 19

Muxtəsər təfsir

يُخْرِجُ ٱلْحَىَّ مِنَ ٱلْمَيِّتِ وَيُخْرِجُ ٱلْمَيِّتَ مِنَ ٱلْحَىِّ وَيُحْىِ ٱلْأَرْضَ بَعْدَ مَوْتِهَا ۚ وَكَذَٰلِكَ تُخْرَجُونَ ﴿١٩﴾

O, ölüdən diri çıxardır. Necə ki, insanı nütfədən əmələ gətirir, cücəni yumurtadan çıxardır. Diridən də ölü çı­xardır. Necə ki, insandan nütfə çıxardır, toyuqdan da yumurta. Həmçinin, yağış endirərək qurumuş torpağı canlandırır və orada bitkilər yetişdirir. Yer bitkilərlə canlandığı kimi, siz də, haqq-hesaba çəkilmək və əməllərinizin əvəzini almaq üçün qə­bir­ləri­nizdən çı­xar­dıla­caqsınız.