Muxtəsər təfsir
وَمِنْ ءَايَـٰتِهِۦٓ أَنْ خَلَقَ لَكُم مِّنْ أَنفُسِكُمْ أَزْوَٰجًا لِّتَسْكُنُوٓا۟ إِلَيْهَا وَجَعَلَ بَيْنَكُم مَّوَدَّةً وَرَحْمَةً ۚ إِنَّ فِى ذَٰلِكَ لَـَٔايَـٰتٍ لِّقَوْمٍ يَتَفَكَّرُونَ ﴿٢١﴾
Həmçinin, ünsiyyətdə rahatlıq tapasınız deyə - ey kişilər - sizin üçün özünüzdən zövcələr yaratması, aranıza məhəbbət və mərhəmət salması da, Onun qüdrətinə və vəhdaniyyətinə dəlalət edən əzəmətli dəlillərindəndir. Həqiqətən, bu deyilənlərdə düşünən bir toplum üçün açıq-aydın dəlillər vardır. Belə ki, məhz onlar öz ağıllarından istifadə edirlər.