×
الرومAyə 27

Muxtəsər təfsir

وَهُوَ ٱلَّذِى يَبْدَؤُا۟ ٱلْخَلْقَ ثُمَّ يُعِيدُهُۥ وَهُوَ أَهْوَنُ عَلَيْهِ ۚ وَلَهُ ٱلْمَثَلُ ٱلْأَعْلَىٰ فِى ٱلسَّمَـٰوَٰتِ وَٱلْأَرْضِ ۚ وَهُوَ ٱلْعَزِيزُ ٱلْحَكِيمُ ﴿٢٧﴾

Pak və müqəddəs Allah məxluqatı yeni biçimdə yox­dan yara­dır, onu yox etdikdən sonra onu bir daha yaradır. Yenidən yaratmaq isə yoxdan yaratmaqdan daha asandır. Lakin hər ikisi Allah üçün çox asandır. Çünki O, bir şeyi yaratmaq istədikdə ona sadəcə: "Ol!"- deyir, o da olur. Göy­lərdə və yer­də olan ən uca və ən kamil si­fətlər Ona məx­sus­dur. O, heç kəsin gücü yetməyəcəyi qədər Qüd­rətlidir, yaratmaq və idarə etmək xüsusunda da Hikmət sahibidir.