Muxtəsər təfsir
وَمَآ ءَاتَيْتُم مِّن رِّبًا لِّيَرْبُوَا۟ فِىٓ أَمْوَٰلِ ٱلنَّاسِ فَلَا يَرْبُوا۟ عِندَ ٱللَّهِ ۖ وَمَآ ءَاتَيْتُم مِّن زَكَوٰةٍ تُرِيدُونَ وَجْهَ ٱللَّهِ فَأُو۟لَـٰٓئِكَ هُمُ ٱلْمُضْعِفُونَ ﴿٣٩﴾
İnsanlardan bir kimsəyə borc verib, sonra da faizlə geri aldığınız malın Allah yanında savabı olmaz. Nə bir məqam xatirinə, nə də əvəz güdərək yox, sırf Allahın Üzünü diləyərək (ixlasla), ehtiyacı olan kimsələrə verdiyiniz mal-dövlətə gəlincə, bilin ki, bunu edənlərin savabı Allah yanında qat-qat artırılar.