Muxtəsər təfsir
يَـٰبُنَىَّ أَقِمِ ٱلصَّلَوٰةَ وَأْمُرْ بِٱلْمَعْرُوفِ وَٱنْهَ عَنِ ٱلْمُنكَرِ وَٱصْبِرْ عَلَىٰ مَآ أَصَابَكَ ۖ إِنَّ ذَٰلِكَ مِنْ عَزْمِ ٱلْأُمُورِ ﴿١٧﴾
Oğlum! Namazı ən kamil şəkildə yerinə yetir, yaxşı işlər görməyi əmr et, pis işləri qadağan elə. Bu yolda başına gələn çətinliklərə səbir et. Həqiqətən, Allahın sənə əzmlə əmr etdiyi işlərdə sənin seçimin ola bilməz.