×
لقمانAyə 28

Muxtəsər təfsir

مَّا خَلْقُكُمْ وَلَا بَعْثُكُمْ إِلَّا كَنَفْسٍ وَٰحِدَةٍ ۗ إِنَّ ٱللَّهَ سَمِيعٌۢ بَصِيرٌ ﴿٢٨﴾

Ey insanlar! Sizi yaratmaq, habelə, Qiyamət günü haqq-hesaba çəkmək və əməllərinizin əvəzini ver­mək, sadəcə bir adamı ya­rat­maq və di­rilt­mək kimi­ asandır. Həqiqə­tən, Allah Eşidəndir və bir səsi eşitmək, Ona digər səsi eşitməyə mane ola bilməz. Habelə, Görən­dir və bir şeyi görmək, Ona digər bir şeyi görməyə mane ola bilməz. Eləcə də bir canlını yaratmaq və diriltmək, Ona digər birini yaratmağa və diriltməyə mane ola bilməz.