×
لقمانAyə 9

Muxtəsər təfsir

خَـٰلِدِينَ فِيهَا ۖ وَعْدَ ٱللَّهِ حَقًّا ۚ وَهُوَ ٱلْعَزِيزُ ٱلْحَكِيمُ ﴿٩﴾

Onlar orada həmişəlik qala­caqlar. Alla­hın bu vədi haqdır, bunda heç bir şəkk yoxdur. Pak və müqəddəs Allah, yenilməz qüd­rət sahibidir, üstəlik, həm yaratmaq, həm müqəddəratı müəyyən etmək, həm də hökm vermək xüsusunda Hikmətlidir.