Muxtəsər təfsir
وَأَمَّا ٱلَّذِينَ فَسَقُوا۟ فَمَأْوَىٰهُمُ ٱلنَّارُ ۖ كُلَّمَآ أَرَادُوٓا۟ أَن يَخْرُجُوا۟ مِنْهَآ أُعِيدُوا۟ فِيهَا وَقِيلَ لَهُمْ ذُوقُوا۟ عَذَابَ ٱلنَّارِ ٱلَّذِى كُنتُم بِهِۦ تُكَذِّبُونَ ﴿٢٠﴾
Küfr və asiliklər edərək Allahın itaətindən çıxmış kimsələrə gəldikdə isə, qiyamət günü onların qərar tutacaqları, onlar üçün hazırlanmış yer Oddur. Onlar orada əbədi qalacaqlar. Hər dəfə onlar oradan çıxmaq istədikdə, yenidən ora qaytarılacaq və onlara qınanılaraq deyiləcəkdir.: “Dünyada ikən peyğəmbərlərinizin sizi qorxutduğu, yalan saydığınız odun əzabını dadın!”