Muxtəsər təfsir
وَمَنْ أَظْلَمُ مِمَّن ذُكِّرَ بِـَٔايَـٰتِ رَبِّهِۦ ثُمَّ أَعْرَضَ عَنْهَآ ۚ إِنَّا مِنَ ٱلْمُجْرِمِينَ مُنتَقِمُونَ ﴿٢٢﴾
Allahın ayələri yadına salındıqda onlardan öyüd-nəsihət almayan və onlara məhəl qoymadan onlardan üz döndərən kimsədən daha zalım kim ola bilər?! Şübhəsiz ki, Biz günahkarlardan - küfr və asilik edərək Allahın ayələrindən üz döndərən kimsələrdən intiqam alacağıq. Bunda heç bir şəkk-şübhə yoxdur.