×
السجدةAyə 27

Muxtəsər təfsir

أَوَلَمْ يَرَوْا۟ أَنَّا نَسُوقُ ٱلْمَآءَ إِلَى ٱلْأَرْضِ ٱلْجُرُزِ فَنُخْرِجُ بِهِۦ زَرْعًا تَأْكُلُ مِنْهُ أَنْعَـٰمُهُمْ وَأَنفُسُهُمْ ۖ أَفَلَا يُبْصِرُونَ ﴿٢٧﴾

Məgər yenidən dirilməni yalan sayan o günahkarlar, bitki bitməyən qurumuş torpağa yağış nazil edib, o su vasitəsilə həm onların dəvələrinin, inəklərinin və qoyunlarının, həm də onların öz­lərinin yedikləri nemətləri yetişdirdi­yi­mizi gör­mürlər?! Hə­lə də bunu görmürlər və dərk etmirlər ki, qurumuş torpağı canlandıran Allah, ölüləri də diriltməyə qadirdir?!