Muxtəsər təfsir
ثُمَّ سَوَّىٰهُ وَنَفَخَ فِيهِ مِن رُّوحِهِۦ ۖ وَجَعَلَ لَكُمُ ٱلسَّمْعَ وَٱلْأَبْصَـٰرَ وَٱلْأَفْـِٔدَةَ ۚ قَلِيلًا مَّا تَشْكُرُونَ ﴿٩﴾
sonra onu düzəldib tam şəklə salmış və ona Öz ruhundan, ruh üfürmək üçün müvəkkəl edilmiş mələyə əmr etmiş, üstəlik, sizə, ey insanlar, eşitmək üçün qulaqlar, görmək üçün gözlər və dərk etmək üçün qəlblər vermişdir. Siz Allahın sizə verdiyi nemətlərə necə də az şükür edirsiniz!