×
الأحزابAyə 13

Muxtəsər təfsir

وَإِذْ قَالَت طَّآئِفَةٌ مِّنْهُمْ يَـٰٓأَهْلَ يَثْرِبَ لَا مُقَامَ لَكُمْ فَٱرْجِعُوا۟ ۚ وَيَسْتَـْٔذِنُ فَرِيقٌ مِّنْهُمُ ٱلنَّبِىَّ يَقُولُونَ إِنَّ بُيُوتَنَا عَوْرَةٌ وَمَا هِىَ بِعَوْرَةٍ ۖ إِن يُرِيدُونَ إِلَّا فِرَارًا ﴿١٣﴾

Ey Peyğəmbər! Xatırla ki, bir zaman münafiqlərdən bir dəstə Mədinə əhalisinə belə de­miş­di: “Ey Yəsrib əhli! (Bu, Mədinənin İslamdan öncəki adıdır). Siz xəndəyin kənarında mü­qa­vi­mət gös­tərə bil­məyəcəksi­niz. Evlərinizə qayıdın!” İçərilərin­dən bir qismi isə ev­lərinin düşməndən nəzarətsiz qaldığını deyərək öz evlərinə qayıtmaq üçün Pey­ğəmbərdən (səllallahu aleyhi və səlləm) izin istə­yir­di. Hal­buki iddia etdikləri kimi evləri nəzarətsiz deyildi. Onlar bu yalan üzürləri ilə sadəcə olaraq düşməndən qaçmaq istə­yir­di­lər.