Muxtəsər təfsir
وَلَقَدْ كَانُوا۟ عَـٰهَدُوا۟ ٱللَّهَ مِن قَبْلُ لَا يُوَلُّونَ ٱلْأَدْبَـٰرَ ۚ وَكَانَ عَهْدُ ٱللَّهِ مَسْـُٔولًا ﴿١٥﴾
Baxmayaraq ki, bu münafiqlər Uhud günü döyüşdən qaçdıqdan sonra; əğər Allah onları başqa bir döyüşə şahid tutarsa düşmənləri ile döyüşəcəklərinə və onlardan qorxub qaçmayacaqlarına dair Allaha söz vermişdilər, lakin verdikləri sözü pozmuşdular. Hər kəs Allaha verdiyi əhd-peymana görə cavabdehdir və buna görə sorğu-sual ediləcəkdir.